Zamiq Əsgərzadə
2 min readApr 27, 2020

--

#Düşünürdümki

Yəqin ki, sizdə də olub gecə üşüdükdə yorğanı əvvəl xəfifcə üstümüzə çəkib, sonra da altına girib qısılıb yatardıq. Elə bilirdik ki, fiziki və mənəvi bütün soyuqluğumuz bununla da itib gedəcək. Fəqət o yorğan bizim bütün soyuqluğumuzu isidə bilməmişdi. Bu karantin günlərində anladıq ki, o yorğan bizim ayağımıza görə deyilmiş. Ayağımızı isə yorğanımıza görə uzatmamışdıq.

Necə ki biz uşaqlıqda üşüyərdik indi də küçələr bizsiz üşüyür. Amma küçələrin üstünə çəkib isinəcəkləri bir yorğanları yoxdur. Bu günlərdə küçələr həm darıxır, həm üşüyür, həm də nigarandır. Küçələr 28 maydakı əlində çiçək tutaraq sevgi satan o dayı üçün çox darıxıb. Həmin küçələr İçərişəhərdə kaman çalaraq adamların ruhunu isidən o dayını görməyən gündən bəri çox üşüyürlər.Deyəsən o dayının son ifa etdiyi musiqi kaman ayrılıq nəğməsi çalır olub. Və o küçələr metronun çıxışına sığınıb beşi 1 manata limon satan o xala üçün də çox nigarandır. İndi xəbərsiz qalıblar.

Çay ilə şirniyyat yeməyi sevirik ya da ki, şirniyyat ilə çay içməyi sevirik. Bir birlərini necə yaxşı tamamlayırdılarsa həmin adamlar da küçələr ilə vəhdəd yaradıb bəzərdi bu küçələri. Bir dəfəsində düşünmüşdüm ki, bu şəhərin dar küçələrindən birində axşamçağı tək içilən kofe qədər israf edilən ikinci bir şey tək içilən çay ola bilərdi. Artıq neçə gündür ki, çayımızı tək içirik. Çay içdiyimiz adamlara həmişə deyəcək bir şeylərimiz olardı.Deyəcəyimiz sözlər isə nələrinsə yoxluğundan yaranardı.Fəqət bu günlərdə bu yoxluqdan yaranan sözləri deyəcək adamlarımız da yoxdu.

#karantin #covid19

Sign up to discover human stories that deepen your understanding of the world.

Free

Distraction-free reading. No ads.

Organize your knowledge with lists and highlights.

Tell your story. Find your audience.

Membership

Read member-only stories

Support writers you read most

Earn money for your writing

Listen to audio narrations

Read offline with the Medium app

--

--

Zamiq Əsgərzadə
Zamiq Əsgərzadə

No responses yet

Write a response